- Baxış sayı: 57
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycanın paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, o, yarışın üçüncü günündə 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə fəxri kürsüyə qalxıb.
Raman Salei dünya çempionatının ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl, ikinci günündə isə 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda bürünc medal əldə edib.