- Baxış sayı: 310
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, qadın güləşçilərin yarışında Günay Qurbanova (59 kq) inamlı təsir bağışlayıb. Ötən ay İtaliyada keçirilmiş bu yaş qrupunda Avropa birinciliyində baş mükafata yiyələnən istedadlı idmançı debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0.
18 yaşlı güləşçimiz sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gəlib. Yarımfinalda isveçli Karin Samuelssonla qarşılaşma gərgin keçib. Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8.
Buna rəğmən, o ruhdan düşməyib, 3-cü yer üçün tutaşmada kanadalı Ella Findinqə 4:1 qalib gəlib.