- Baxış sayı: 279
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, üçüncü yarış günündə 2 sərbəst və 1 qadın güləşçimiz mübarizəyə qoşulub.
Fərhad Hacıyev (61 kq) 1/8 finalda qazaxıstanlı Allan Oralbəyə (0:11), Təbriz Bayramov (86 kq) isə eyni mərhələdə hindistanlı Mukul Dahiyaya (0:10) məğlub olub.
Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0. Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. İsveçli Karin Samuelssonla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.