- Baxış sayı: 256
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Belaruslu bodibildinq ulduzu İlya Qolem (Efimçuk) dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, onun sentyabrın 6-da səhər evdə ürəyi dayanıb. Hətay yoldaşı Anna Efimçuk hadisəni belə təsvir edib:
“Yaxınlıqda idim. Təcili yardım çağırdım. Onlar yolda olarkən ürək masajı etdim. Təcili yardım maşını çox tez gəldi və onu təcili olaraq helikopterlə klinikaya apardılar.
Bütün bu müddət ərzində dua etdimş İlyuşanın özünə gələcəyinə ümidim var idi. Hər günümü onun yanında keçirirdim. Ümidim var idi, amma həkim mənə dəhşətli xəbər dedi – beyin ölümü olub”.
Əvvəllər belaruslu bodibilder deyirdi ki, o, gündə yeddi dəfə yemək yeyir. O, 16500 kalorili pəhriz izlədi və boyu 185 santimetr olan 158 kiloqram çəkiyə sahibdi.