Gündəmə gələn fiqurlu konkisürən – FOTO

20 yaşlı fiqurlu konkisürən Yelizaveta Medvedeva karyerasını müstəqil şəkildə idarə etməsi ilə gündəmə gəlib.

Allsport.az xəbər verir ki, “Sport24″ə müsahibə verən idmançı, bütün proqramları, geyimləri və musiqiləri özü seçdiyini, həmçinin karyerasını özünün maliyyələşdirdiyini bildirib. O, əməkdar məşqçi Janna Qromova ilə məşq etsə də, məşq planının 99%-ni özü qurur və yarışlara tək çıxır. Medvedeva əsas gəlirini şoularda çıxış etməklə və fərdi məşqlər keçməklə əldə edir.

Moskva çempionatındakı çıxışını ümumilikdə müsbət qiymətləndirən idmançı, yarış zamanı ayaq biləyindən zədələndiyini, bu səbəbdən çətin tullanışları müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Fiqurçu idman karyerasını 25 yaşına qədər davam etdirməyi və tamaşaçıların yaddaşında qalmağı hədəfləyir. Sosial şəbəkələrdəki tənqidlərə toxunan Medvedeva, mənfi şərhlərin əsasən uğursuz insanların neqativliyindən irəli gəldiyini bildirərək, bu cür fikirlərə əhəmiyyət vermədiyini vurğulayıb.

Həmin kateqoriyadan