- Baxış sayı: 31
- 26 Mart 2026 20:22
- Baxış sayı: 220
- Mart 26, 2026
- 0

“Qalatasaray” “Lion”un hücumçusu Georges Mikautadzeni heyətinə qatmaq istəyir.
Allsport.az xəbər verir ki, İstanbul klubu 24 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 17 milyon avro təklif edib. Lakin Fransa təmsilçisini bu məbləğ qane etməyib.
Gürcüstan millisinin üzvü “Lion”a ötən yay “Metz”dən keçib. O, cari mövsüm ərzində 21 oyunda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.