Gürcüstanlı həmkarını qəbul edib

Sentyabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Gürcüstanın idman naziri Şalva Qoqoladze ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, toplantıda idman sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər birgə layihələrin icrası, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Həmin kateqoriyadan