“Həbib “qoca qartal”dır, mən isə sadəcə olaraq “qartal”am”

Dağıstanlı UFC döyüşçüsü Ömər Nurməhəmmədov açıqlama verib.

Allsport.az xəbər verir ki, o, qardaşı Həbib və özünün ləqəbləri haqda danışıb:

Bu gün 29 yaşınız tamam oldu. Həbib dedi ki, səni daha “Gənc Qartal” adlandırmaq olmaz. Bu haqda nə deyirsiniz?

“Həbibin “qartal” olduğunu hamımız bilirik. O, mənim böyük qardaşımdır. Bu baxımdan mən kiçik qardaş və “kiçik qartal”am. İkimiz də “qartal” ola bilmərik. İndi o, “qoca qartal”dır, mən isə sadəcə olaraq “qartal”am. Yanvarın 19-da “qartal” ləqəbinə layiq olduğumu sübut edəcəm”.

Yanvarın 19-da Ömər Nurməhəmmədov Los-Ancelesdə UFC 311 turnirində gürcü Merab Dvalişviliyə qarşı titul döyüşü keçirəcək.

Həmin kateqoriyadan