“Hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır”

Güləş üzrə milli komandalarımız sabah İslamiadada iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yollanacaq.

Allsport.az xəbər verir ki, səfər ərəfəsində qadın güləşi üzrə baş məşqçi əvəzi Toğrul Əsgərov yığmanın hazırlığını dəyərləndirib:

“İslam oyunlarına hazırlığı başa vururuq. Əvvəlcə fiziki, daha sonra isə taktiki-texniki hazırlıq üzrə məşqlər keçdik. Toplanış Göygöldə baş tutdu. Hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır. Bütün güləşçilərimizin medala sahib çıxmasını arzulayıram. İdman sürprizlərlə doludur. Hər şey ola bilər. Favorit sayılmayan idmançı çempion ola və ya iddialı güləşçi medalsız qala bilər. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan komandalar əsas rəqiblərdir. Nigeriya da bir neçə çəkidə yaxşı güləşçilərə sahibdir. Məşqçilər heyəti olaraq milli üzvlərinin maksimal hazırlıq səviyyəsinə çatmaları üçün əlimizdən gələni etmişik”.

İslam oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Həmin kateqoriyadan