- Baxış sayı: 42
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Ləman Həmidova ilə Aydan Hüseynova Avropa həndbol federasiyasının gənc hakimlər üçün təşkil etdiyi kurslara dəvət alıblar. Allsport.az saytı xəbər verir ki, yüksək liqasının hakimləri aprelin 5-dən 12-dək Çex Respublikasının paytaxtı Praqada seminara qatılacaqlar.
Yeniyetmələr arasında beynəlxalq turnir çərçivəsində təşkil olunacaq kurslarda fərqlənən hakimlər AHF-in növbəti seminarlarında iştirak hüququ qazanacaqlar. Beynəlxalq seminar fiziki testlər, oyun qaydaları və hakimlik metodikası üzrə keçiriləcək.