Həmyerlimizin dünya rekordunu yeniləmək cəhdi uğurlu alınıb

Nihad Məmmədov adını “Ginnesin rekordlar kitabı”na yazdırmağa yaxındır. Allsport.az saytı xəbər verir ki, o, “Şüa” idman kompleksində topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.

Gənclər və idman nazirliyinin, stolüstü tennis federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 17 metr məsafədən uğurla həyata keçirilib.

Həmyerlimizin göstəricisi ASTF tərəfindən müvafiq qurumun baş idarəsinə göndərilib. Rəsmi cavab təxminən 4-8 həftədən sonra veriləcək. Sözü gedən rekord (16.70) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

Həmin kateqoriyadan