- Baxış sayı: 99
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Qadın həndbolçular oktyabrın 30-da Bakıya dönəcək və noyabrın 10-dək “AHF arena”da hazırlığını tamamlayacaqlar. Allsport.az saytı xəbər verir ki, millinin baş məşqçisi Aleksandr Revva VI İslam həmrəyliyi oyunlarında qarşıya ən yüksək məqsədləri qoyduqlarını deyib:
“Qazaxıstan komandasının 2 oyununun videosu bizdə var, Özbəkistanla da tanışıq. Hələlik Qətər yığması bizim üçün naməlumdur, onların oyunlarının videoyazılarını tapmağa cəhd edəcəyik.
Qazaxıstan, Özbəkistan və Qətər komandaları bizə ciddi rəqib ola bilər. Hər oyunda qələbə qazanmağa çalışacağıq.”