Həndbol üzrə keçiriləcək oyunlar

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olacaq. Allsport.az xəbər verir ki, qadınların yarışında ikinci turda “Bakı” “Kür”ü qəbul edəcək.

Qarşılaşma dekabrın 5-i saat 17:30-a təyin olunub. Ertəsi gün qadınların turnirində iki oyun keçiriləcək. Birinci tura təsadüf edən bu görüşlərdə ilk olaraq meydana “Təhsil” və “Azəryol” komandaları çıxacaq. Bu matçın start fiti saat 10:00-da səsləndiriləcək. Saat 12:00-da isə “Qarabağ” və “Kür” münasibətlərə aydınlıq gətirəcəklər.

Dekabrın 5-i və 6-dakı qarşılaşmalar “AHF Arena” idman kompleksində təşkil olunacaq.

Kişi həndbolcuların yarışında isə həftə sonu bir görüş keçiriləcək. Ötən ilki çempion “Kür” yeni mövsümdə heyətini gücləndirən “Qarabağ”la üz-üzə gələcək. Dekabrın 7-i saat 12:00-da başlanacaq bu matç Mingəçevirdəki “Kür” olimpiya tədris-idman mərkəzində oynanılacaq.

Həmin kateqoriyadan