FOTO
Həndbol üzrə ölkə çempionatına hazırlıq müzakirə olundu, püşk atıldı

Martın 11-də Azərbaycan həndbol federasiyasında XXVIII ölkə çempionatına hazırlıqla bağlı iclas keçirildi. Allsport.az saytı xəbər verir ki, toplantıda AHF-in nümayəndələri, gənclər və idman nazirliyinin əlaqələndiricisi, hakimlər və məşqçilər iştirak etdilər. Yığıncağı giriş sözü ilə AHF-in idman şöbəsinin müdiri İsgəndər Əsgərov açdı. O, yarışın təşkili məsələləri və yeni qaydalarla bağlı məlumat verdi.

AHF-in baş katibi Yusif Atakişiyev yeni mövsümün I dövrəsinin keçiriləcəyi tarix və məkan diqqətə çatdırdı. Bildirdi ki, martın 20-də start götürəcək çempionat Şağan olimpiya odman kompleksində keçiriləcək. Superliqaya aprelin 30-da yekun vurulacaq. Bundan sonra komandalarımız Konya-2022 5-ci İslam həmrəylik oyunlarına hazırlaşacaq.

Ümumilikdə 4 qadın (“Azəryol”, “Azərsu”, “Qarabağ”, “İdman akademiyası”) və 6 kişi (“Bakı”, “Məhsul”, “Təhsil”, U-18 “İdman akademiyası, U-16, “Gənclərbirliyi”) komandaların çıxış edəcəyi qeyd olundu. Yarışların püşkü atıldıqdan sonra, klublara yeni geyimlər təqdim olundu.

Həmin kateqoriyadan