- Baxış sayı: 101
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirə hazırlaşır.
Allsport.az xəbər verir ki, komandamızı “İHF Trophy” yarışı gözləyir.
Həndbolçularımız Kosovada keçiriləcək turnir öncəsi hazırlıq prosesini “AHF Arena”da davam etdirirlər. Baş məşqçi Səkinat Abasova toplanışa 14 oyunçu dəvət edib. Artıq hazırlığın son mərhələsidir.
Millimiz noyabrın 26-dan 30-dək Priştina şəhərində təşkil olunacaq yarışda Kosovo ilə yanaşı Böyük Britaniya, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.