“Hər bir vəziyyətə hazır olmaq lazımdır”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov “Neftçi”yə 1:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı səfərdə keçirilən görüş haqda bunu deyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Birinci hissədə etdiyimiz texniki səhvlərdən qapımızda iki qol gördük. İkinci hissədə daha aqressiv oynadıq. Mənə elə gəlir ki, yaxşı mübarizə apardıq. Qol epizodlarımız oldu, çox fərqlənə bilərdik. Matç heç-heçə də yekunlaşa bilərdi. Amma reallıqlarla barışmaq lazımdır. Daha yaxşı hazırlaşmalıyıq. Hər bir vəziyyətə hazır olmaq lazımdır”.

Həmin kateqoriyadan