- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxsıyev “Sabah”la oyundan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, minimal hesabla uduzduqları görüş haqda bunu deyib:
“Maraqlı oyun alındı. Hər iki komanda meydanda ən yaxşısını etməyə çalışırdı. Oyundan məmnunam, komandam meydanda istədiyimi verməyə çalışdı. Futbolda bəzən belə də olur: üstün oynayırsan, qol epizodları yaradırsan, amma məğlub olursan. Bu oyunu unudub, qarşıdakı matçı fikirləşmək lazımdır.
Oyun da göstərirdi ki, hansı komanda qol vursa, o da qələbə qazanacaq”.