“Hər şey gözlədiyimiz kimi keçdi”

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində“Araz-Naxçıvan” “Mingəçevir”i məğlub edərək (3:1) növbəti mərhələyə yüksəlib.

Allsport.az xəbər verir ki, oyundan sonra “al qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev oyun haqda fikrini bölüşüb:

“Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir.

Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız “Səbail”lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik”.

Həmin kateqoriyadan