“Hər şey tərs getdi”

“Qalatasaray”ın baş məşqçisi Oxan Buruq çempionlar liqasının 1/8 final mərhələsində “Liverpul”a uduzduqları cavab oyunundan (0:4, ümumi hesab 1:4) sonra hakimlikdən narazılığını bildirib.

Allsport.az xəbər verir ki, Şimon Marçiniakın idarə etdiyi qarşılaşmanı dəyərləndirən mütəxəssis referini sərt tənqid edib.

Buruq İbrahima Konatenin matç boyu Viktor Osimhenə qarşı qayda pozuntularına hakimin göz yumduğunu qeyd edib: “Bütün oyun ərzində Konate Osimhenə qarşı hər cür follar törətdi. Biz dünyanın ən yaxşı hakimini gözləyirdik, lakin ən pisi ilə qarşılaşdıq”.

Bununla belə, baş məşqçi rəqibin üstünlüyünü də etiraf edib: “Rəqib bizdən qat-qat yaxşı oynadı, özümüzə inamı itirdik. Azarkeşlərimiz daha cəsarətli “Qalatasaray” gözləyirdilər, lakin hər şey tərs getdi”.

Həmin kateqoriyadan