- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Hərbi İdman Şurasının himayəsi ilə Litvanın Klaypeda şəhərində güləş üzrə 32-ci dünya çempionatında iştirak edən Azərbaycan millisi bu gün Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilərin yaxınları və idmansevərlər qarşılayıblar.
Komandamız 1 qızıl, 3 gümüş və 6 bürünc medal qazanıb. Ən yüksək əyarlı mükafata sərbəst güləşçi Qalib Əliyev yiyələnib. Bu növdə millimiz komanda hesabında 3-cü olub və kuboka layiq görülüb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxil olub.
Xatırladaq ki, komandamızı sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil ediblər.
Yunan-Roma güləşçilərinin mübarizəsində isə Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxıblar.
Çempionatda qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) mübarizə aparıblar.