- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Litvanın Klaypeda şəhərində hərbçi güləşçilərin 32-ci dünya çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilərimizdən Qalib Əliyev (61 kq) 1-ci yer tutub.
Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medal qazanıblar.
Qadınlarda Türkan Nəsirova (48 kq) gümüş mükafatla kifayətlənib.