- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi ilə güləş üzrə 31-ci dünya çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub, onlardan ikisi medal qazanıb.
Ağahüseyin Mustafayev (65 kq) bütün rəqiblərini üstələyib. Coşqun Əzimov (70 kq) yalnız finalda uduzub. Hərbçilərin yarışında 35 ölkədən 300-dən çox idmançı iştirak edir.