- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan güləş federasiyası (AGF) ölkədə güləşin kütləviləşməsi istiqamətində tədbirləri davam etdirir.
Allsport.az xəbər verir ki, AGF 8 noyabr – Zəfər günü ərəfəsində Heydər Əliyev adına hərbi institutun güləş zalını avadanlıqlarla təmin edib.
Azərbaycan güləş federasiyasının (AGF) rəsmiləri bu gün 1918-ci ildə əsası qoyulmuş hərbi institutda görüş keçirib. Tədbirdə hərbi institutun rektoru, polkovnik Ümidvar Quliyev, ali məktəbin fiziki hazırlıq və idman kafedrasının rəisi, polkovnik İrşad Seyidov, AGF-nin baş katibi Nəsimi Musayev, icraiyyə komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və digər şəxslər iştirak edib.
Qeyd edilib ki, hazırda Hərbi İnstitutda 17 idman növü üzrə məşqlər keçirilir. Onların arasında güləş prioritet təşkil edir. Vurğulanıb ki, AGF-nin avadanlıq dəstəyi bu ali məktəbin kursantları arasında güləşin daha da məşhurlaşmasına və sevilməsinə təkan verir, eləcə də onların daha yüksək hazırlığa sahib olmasında müstəsna rol oynayır.
Qonaqlar daha sonra nümunəvi məşqi izləyib və güləş mütəxəssisləri kursantlara öz tövsiyələrini veriblər.