- Baxış sayı: 69
- 16 Dekabr 2025 10:00
- Baxış sayı: 35
- Dekabr 16, 2025
- 0

Makedoniya paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi ilə güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.
Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə meydan “klassiklər”ə verilib. Komandamız günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
71 kq-da Həsən Əliyev bütün görüşlərini qələbə ilə başa vurub. Kamran Məmmədov (66 kq) yalnız finalda uduzub. Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) bürünc mükafat qazanıblar.