- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, 22-24 apreldə Monqolustan paytaxtı Ulan-Batorda Rio- 2016-ya vəsiqə verən dünya təsnifat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, həmin yarışda güləş üzrə milli komandalarımız da iştirak edib. «Sərbəstlər»in mübarizəsində Mircəlal Həsənzadə (57 kq) finala qədər irəliləyərək, olimpiya oyunlarında iştirak hüququna yiyələnib. Bununla da, adı çəkilən növdə komandamız Braziliyaya tam heyətlə yollanacaq.
Amma hələ yunan-Roma güləşçiləri barədə bunu söyləmək olmaz. Hərçənd Çingizxanın diyarında əla fürsət yaranmışdı. Gənc bahadır Orxan Nuriyev (98 kq) imkanını qaçırıb. Millimizin ən titullularından sayılan Həsən Əliyev (66 kq) isə mübarizəyə qoşula bilməyib. Onun çəkisi tərəzidə artıq gəlib. Deyilənə görə, səbəb, təyyarənin 6-7 saat geçikməsi olub. Bu üzdən, idmançımızın çəkisi artıb.
AGF rəhbərliyi hazırda bu məsələni araşdırır. Orada «klassiklər»ə məsul şəxs böyük məşqçisi Nurəddin Rəcəbov olub. Böyük ehtimalla, yaxın günlərdə ondan hesabat istəniləcək.
Gələn ay İstanbulda dünya təsnifat turnirinin 2-ci mərhələsi keçiriləcək. Çox güman, həmin yarışda bu çəkidə digər dunya və Avropa çempionu Rəsul Çunayevə şans veriləcək.