- Baxış sayı: 276
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 14
- Dekabr 05, 2025
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatı sona yaxınlaşır.
Allsport.az xəbər verir ki, ötən gün sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib.
Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Rəvan Avropa çempionu olub.
Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Mahaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimalhesablı (3:2) qələbə qazanan Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tunar Nəsibov (65 kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeni “tuş”la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli İsmayıl Mertkolluya 2:4 hesabıyla məğlub olub.
Hakim Tağıyev (110 kq) bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhasdan güclü olub – 2:0.
Beləliklə, milli yarışın bitməsinə bir gün qalmış 2 qızıl və 1 bürünc medal qazanmaqla çempionluq yolunda inamlı addım atıb.