- Baxış sayı: 22
- 27 Noyabr 2024 22:15
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün Olimpiya Güləş Mərkəzində açıq məşqdə sərbəst güləş millinin öncüllərindən olan Hacı Əliyev jurnalistlərin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, 3-qat dünya çempionunun hədəfi dəyişilməz qalığını bəyan edib:
“Gördüyünüz kimi, hazırlığımız davam edir. Bu il ərzində 6, ya 7-ci təlim-məşq toplanışımızı keçirik. Bir neçə gün sonra Belarusa yollanacağıq. Orada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Ancaq əsas hədəfimiz oktyabrın axırlarında keçiriləcək dünya çempionatıdır.
4-cü dəfə dünya çempionu olmaq istəyirəm. Bu dəfə titul qazanmaq daha çətin olacaq. Çünki əvvəllər 61 kq-da iştirak edirdim. İndi isə 65 kq-da güləşirəm. Yeni, güclü rəqiblər var. Amma əlimdən gələni edəcəyəm ki, yenə dünyanın ən güclü güləşçisi olum”.
Titullu pəhləvanımız heç bir rəqibdən çəkinmədiyini də deyib: “Bütün rus güləşçiləri güclüdür. Lakin heç bir rəqibdən çəkinmirəm. İstənilən güləşçiylə qarşılaşmağa hazıram. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Türkiyə ilə birgə təlim-məşq toplanışında fəndlərimi gizlətməyə çalışmıram. Onsuz da rəqiblər yarışlardakı görüntülərimi izləyir. Nəyisə gizlətməyə ehtiyac yoxdur. Əksinə, məşqlərdə sevimli fəndlərimdən daha çox və daha sürətli istifadə etməyə çalışıram”.