Hacı Əliyev: Avropa çempionatı ərəfəsində elə də formada deyildim

«Rio olimpiadasına hazırlığımız yüksək səviyyədə keçir. Hər şey qaydasındadır». Bunu allsport.az saytına açıqlamasında sərbəst güləşçi Hacı Əliyev (57 kq) dedi. Dünya və Avropa çempionunun sözunə görə, qitənin ən güclülərinin yarışı ərəfəsində yaxşı formada olmayıb, amma indi vəziyyət əvvəlki tək ürəkaçandır:

«Riqada təşkil olunan Avropa çempionatında formada deyildim. Latviyaya yollanmaq heç gündəmdə deyildi. Son anda heyətə salındım. Ona görə, yarışda elə də uğurlu çıxış edə bilmədim».

Titullu pəhləvan əlavə etdi ki, hazırda dünya miqyasında 2 güləşçidən ehtiyatlanır. Sitat: «Gürcüstan və iranlı həmkarlarım güclüdürlər. Amma bu əsas vermir ki, onlardan çəkinəm. Çox güman, gələn ay Rio olimpiadasına yollanacaq heyət bilinəcək. Məşqçilər korpusu şans verərsə, ölkəmizi Braziliyada da uğurlu təmsil etməyə çalışacağam».

Həmin kateqoriyadan