- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində keçirilən dünya kubokunda 2-ci yer tutan millimiz bu gecə Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçilərimizi Heydər Əliyev beynəlxalq hava limanında AGF rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, KİV və idmançıların ailə üzvləri qarşılayıblar. 3-qat dünya çempionu Hacı Əliyev (65 kq) çıxışını belə şərh edib:
“Biz sonuncu dəfə 2-ci yeri 2012-ci ildə Bakıda tutmuşduq. Ondan sonra neçə il idi ki, heç finala da çıxa bilmirdik. Şükürlər olsun ki, bu baş verdi. Komandamızın heyətində gənc idmançılarımız həqiqətən çox yaxşı güləşdilər: Əfqan, Coşqun. Məncə bu idmançılar gələcəkdə heyətə tam uyğunlaşacaqlar. Öz çıxışıma gəldikdə isə, düzdür, səhhətimdə bəzi problemlər vardı. Lakin komandaya kömək etməli idim.
Əlimdən gələni etdim. Həm də məndə yeni çəki dərəcəsi olduğu üçün fiziki cəhətdən bir az çətinlik çəkirəm. Bununla belə, final görüşünə qələbə qazanmaq məqsədi ilə çıxmışdım. İlk dəqiqələrdə barmağımın çıxmağı, bir az gücümü azaltdı, mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüflər olsun ki, komandaya kömək edə bilmədim”