- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Fransa paytaxtında güləş üzrə dünya çempionatı sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, qadınlardan sonra bu gün meydan “sərbəstlər”ə verilib. Digər 2 növlə müqayisədə, Firdovsi Umudovun komandası yarışa uğurlu başlayıb və yüksək nəticə qazanıb.
2-qat dünya çempionu Hacı Əliyev (61 kq) finala qədər Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib.
Həlledici tutaşmada Rio-2016-nın bürünc mükafatçısı rusiyalı Hacımurad Rəşidovla qarşılaşıb. Bu mübarizə də vaxtından əvvəl bitib. İstedadlı bahadırımız sərbəst güləşdə yenə tarix yazaraq, bu dəfə ilk 3-qat dünya çempionu olub.
86 kq-da Aleksandr Qostiyev 3-yer üçün görüşdə rusiyalı Vladislav Vəliyevlə üz-üzə gəlib və ona 1:3 uduzub. Mahir Əmiraslanov (75 kq) ilk mücadilədə gözlənilmədən özbəkistanlı Nadircan Səfərova uduzub (6:7).