- Baxış sayı: 284
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

Azərbaycanda yeni yaradılan güləş klublarından biri də “Azsport”dur.
Allsport.az xəbər verir ki, 2022-ci ildə əsası qoyulmuş idman klubu ötən ildən Azərbaycan güləş federasiyasının (AGF) maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib. Biləcəri qəsəbəsində yerləşən “Azsport”da sərbəst güləş üzrə ödənişsiz məşqlər keçirilir. Hal-hazırda məşqçilər Orxan Kərimov, Azər İsayev və İbrahim Hadıyevin rəhbərliyi altında 70-ə yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.
Bu idman növünə marağı və motivasiyanı daha da artırmaq məqsədilə ikiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev “Azsport” klubunda ustad dərsi keçib. Paris olimpiadasından sonra karyerasını başa vuran H.Əliyev klubun üzvlərinə müxtəlif fəndlərin icrasını nümayiş etdirib və onlara öz tövsiyələrini verib. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərovun da iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.