- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İslam oyunlarının ağırlıqqaldırma yarışında milli üzvlərinin çıxışı normaldır. Allsport.az saytı xəbər verir ki, hələlik qadınlar uğurlu çıxış edir. Mübarizədən sonra yığma komandanın məşqçisi Hafiz Süleymanov AAAF TV-yə açıqlama verib:
“Yarış zamanı Anastasiya İbrahimlidən daha çox mən həyəcanlandım. Keçmiş idmançı olduğum üçün, həmin hisslərin nə olduğunu yaxşı bilirəm. O, gözlədiyimdən də yaxşı çıxış etdi. Bir sözlə, əziyyətimizin bəhrəsini gördük.
Bu qızıl medalı Azərbaycan prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova və federasiyanın vitse-prezidenti Tofiq Heydərova həsr edirəm. İnşallah, qələbələrimizin davamı gələr”.