- Baxış sayı: 99
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan həndbol federasiyasının qərargahıgında hakimlər kollegiyasının növbəti iclası baş tutub. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni mövsümdə hakimlərin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Qarşıdakı dövrdə seminar və təlimlərin təşkili, eləcə də regionlarda keçiriləcək yarışların planlaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin Beynəlxalq həndbol federasiyası tərəfindən təsdiqlənmiş yeni oyun qaydaları təqdim olunub və onların tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.
İclasın sonunda kollegiya üzvlərinin təklif və rəyləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.