Hakimlər üçün məşq

Azərbaycan dövlət bətən tərbiyəsi və idman akademiyasında dərs demək üçün Bakıda olan UEFA-nın elit-hakimlər komitəsinin baş fizioterapevti Roman Jahoda, premyer liqanın, 1-ci divizionun oyunlarına təyinat alan və inkişaf qrupuna aid bəzi hakimlər üçün məşq keçib.

Allsport.az saytı xəbər verir ki, budəfəki çalışma ötən ilin noyabrında “Complex Core” şirkəti tərəfindən həyata keçirilən laktat testinin, idman hərəkəti sınaqlarının davamı olaraq təşkil olunub.

Təlim mobillik, çeviklik və sabitlik sahələrini, hər bir idmançı üçün xüsusən də hakimlər üçün çox vacib olan bütün sahələri əhatə edib. AFFA-nın hakimlər komitəsinin sədri Fritz Stuchlikin rəhbərlik etdiyi məşq zamanı iştirakçılar müxtəlif təlimlər yerinə yetirib, lazımi konsentrasiya və təkmilləşdirmə məşqləri ediblər.

Həmin kateqoriyadan