- Baxış sayı: 33
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

20-21 sentyabr Bakı idman sarayında Azərbaycan basketbol liqasının (ABL) hakimləri üçün yeni mövsümöncəsi son seminar təşkil olunub.
Allsport.az xəbər verir ki, Azərbaycan basketbol hakimlər ittifaqının sədri və FİBA-nın milli təlimçisi Ələkbər Həsənovun rəhbərliyi ilə baş tutmuş seminarda 13 hakim iştirak edib.
Məşğələ zamanı FİBA tərəfindən tətbiq olunan yeniliklər və oyunun əsas detalları hakimlərə izahlı şəkildə təqdim olunub. Seminarın sonunda hakimlər həm fiziki hazırlıq, həm də oyun qaydaları üzrə test imtahanlarından keçiblər.
Kursda Azərbaycan basketbol federasiyasının idman direktoru Turqay Zeytungöz və “Neftçi” basketbol klubunun ukraynalı baş məşqçisi Vitaliy Stepanovski qonaq qismində iştirak edərək, seminarı yaxından izləyiblər.