- Baxış sayı: 24
- 28 Noyabr 2024 14:08
- Baxış sayı: 37
- Noyabr 28, 2024
- 0
AFFA-nın futbol akademiyasında “complex core” şirkəti və Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının tədqiqat laboratoriyası tərəfindən Azərbaycan premyer liqasının və I divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb.
Allsport.az xəbər verir ki, UEFA-nın elit hakimləri üzrə baş fizioterapevti Roman Cahoda və ilk dəfə ADBTIA komandasının qatıldığı “complex core” şirkəti tərəfindən götürülən testlər beynəlxalq standartların tələbinə uyğun həyata keçirilir. Hakim və köməkçi hakimlərin laktat testi ilə bədənin tərkibi və bədən yağları, habelə zədələnmənin qarşısının alınması baxımından hərəkətlilik, elastiklik, sabitlik kimi əsas gücün qabiliyyətləri və dözümlülüyü yoxlanılıb. Xatırladaq ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın hakimlər komitəsinin sədri Fritz Stuxlik rəhbərlik edib.