- Baxış sayı: 62
- 05 Fevral 2026 18:46
- Baxış sayı: 67
- Fevral 08, 2026
- 0

Azərbaycan çempionatının I liqasının MOİK – “Qaradağ Lökbatan” oyununun sonlarında baş verən hadisələrin günahkarları cəzalandırılıblar.
Allsport.az xəbər verir ki, XV tur çərçivəsində keçirilən matçın 90+1-ci dəqiqəsində MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Çalışdırıcı 5 oyun cəzalanıb, klubu 400 manat cərimə edilib.
Üç dəqiqə sonra MOİK-in futbolçusu Nazim Məmmədzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. O, 3 oyunluq diskvalifikasiya edilib, klub 200 manat cərimələnib.