- Baxış sayı: 41
- 06 Mart 2026 13:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.
Allsport.az xəbər verir ki, 2 referimiz I kateqoriyaya yüksəlib. Eldar Bayramov bu il İspaniya qran prisində (4-6 iyul), Əli Babayev isə “Poland Open” turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, dünya güləş birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurub. Buna qədər II kateqoriyada xalça üzərində fit səsləndirən hakimlərimiz növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.
Bu yüksəliş onların növbəti ildən etibarən U17, U20, U23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.