- Baxış sayı: 99
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan basketbol liqasının 4-cü turunda “Sabah” klubu ardıcıl 4-cü qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, Bakı idman sarayında “Gəncə” ilə keçirilən oyun 87:68 hesabı ilə bitib. Görüşdən sonra “bayquçlar”ın baş məşqçi Rimas Kurtinaytis bunu deyib:
“Oyunun əvvəli istədiyimiz kimi, alınmasa da, səbr və əzmlə davam edib qələbə qazanmağı bacardıq. Rəqib də bəzi oyunçularının zədəli olmasına baxmayaraq, istəkli görünürdü. Komandada məşqçi hiss olunur. “Gəncə”ni layiqli mübarizəyə görə təbrik edirəm.
Qələbə qazanmağımıza baxmayaraq, hakimlərin bəzi qərarları mənim üçün anlaşılmaz oldu. Çempionlar Liqasına gəldikdə isə hazırda qarşıdakı rəqibimiz “Elan Şalon” qrupun ən güclüsüdür. Heyətlə bağlı problemlərimiz olsa da, ora yaxşı əhval-ruhiyyədə yollanacağıq.
Bizi Fransaya uzun səfər gözləyir. Kamranın zədəsinin nə qədər ciddi olduğunu hələ ki, bilmirik. Tillmana isə zədədən sonra bərpa üçün bir həftə vaxt verdik. Yenə də son vəziyyətinə baxıb qərar verəcəyik”.