Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 161
- 19 Dekabr 2025 22:43


Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.
Allsport.az xəbər verir ki, cari ilin 25-28 iyununda İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında ədaləti qoruyan Kənan Hacıəliyev və Sevinc Yusibova dünya güləş birliyi tərəfindən keçirilən imtahanlardan uğurla keçib.
Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər.
Bununla da Azərbaycanın II dərəcəli hakimlərinin sayı 8-ə çatıb.