Hamilə idmançının əri onun yerinə kimi seçdi? – FOTO

Fiqurlu konkisürmə üzrə Avropa çempionu Alyona Kostornaya dekretdə olduğu halda, həyat yoldaşı Georgi Kunitsanın bu mövsüm Anastasiya Korobeynikova ilə cütlük təşkil edəcəyi məlum olub.
Allsport.az xəbər verir ki, bu barədə məşqçi Sergey Roslyakov açıqlama verib.
O, Kunitsanın əsas məqsədi “İdman ustası namizədi” dərəcəsini itirməmək üçün bunu etdiyini bildirib.
Kostornaya bu qərarı tam dəstəklədiyini və “tənqidçi” kimi məşqlərdə iştirak etdiyini bildirib. Cütlük gələn mövsüm yarışlara qayıtmağı və noyabrdan şoularda çıxış etməklə formaya düşməyi planlaşdırır.

Həmin kateqoriyadan