- Baxış sayı: 105
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının XXIV turunun “Qarabağ” – “Sabah” oyunundan (1:1) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, qarşılaşmanın maraqlı keçdiyini bildirib:
“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, xüsusən də, oyunun sonlarında sürəti artırdılar, dinamik futbol sərgilədilər. Dəqiqələr keçdikcə daha sürətli mübarizə oldu. Sanki hansısa komanda məğlub olsaydı, çox üzülərdi. Komandamdan razı qaldım. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Maraqlı oyun alındı”.