- Baxış sayı: 13
- 26 Mart 2026 22:36
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Yeniyetmə avarçəkənlərimiz “Mingəçevir reqatası-2024”də də uğurlu çıxış etdilər. Allsport.az saytı xəbər verir ki, Qiyas Əhmədov/Sübhan Həsənov (2008-2009) 2-yerlik qayıqda kayakla 200 metr məsafədə qızıl, 1000 metr məsafədə bürünc medal qazandılar.
Adı ilk çəkilən təmsilçimiz, uzun məsafədə büdrəmələrinə rəğmən, sonra mükafata yetişmələrinə sevinib: “Hava şəraiti çətin idi. Buna baxmayaraq, sonadək mübarizə apardıq”.
Sübhan Həsənov bildirdi ki, qısa məsafədə daha uğurlu oldular: “Bu qələbənin davamını digər beynəlxalq yarışlarda da gətirmək istəyirik”.