- Baxış sayı: 50
- 29 Noyabr 2024 23:02
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Sənan Süleymanov (77 kq) Avropa çempionatı ərəfəsində zədələndiyi üçün yarışda çıxışı uğurlu alınmayıb.
Allsport.az xəbər verir ki, bu barədə idmançı Azərbaycan güləş federasiyasının saytına açıqlamasında deyib:
“Yarışa 5 gün qalmış belimin yuxarı hissəsindəki T-9 və T-10 diskindəki 4 millimetr yırtıqda kəskin ağrı oldu. Heç məşq də edə bilmədim. Hər gün ağrılar olur. L-4, L-5 və S-1 disklərdə sürüşmə və yırtıq var. Ancaq bunların heç birini məğlubiyyətimə bəhanə göstərmək istəmirəm. Hələ ki, Buxarestdəyəm deyə müalicə prosesinin nə qədər çəkəcəyini deyə bilmirəm.
Sol çiynim və sol dizimdə də ağrılar var. Belimdəki zədə onsuz da sağalası vəziyyətdə deyil. Bu, ömürlük zədədir. Sadəcə, ağrıları müalicə yoluyla azaltmaq mümkün olur. Artıq bu zədələrlə yaşamağa alışmışam”.