- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İtaliyanın paytaxtında yeniyetmələrin dünya birinciliyində uğurlu çıxış edən yunan-Roma güləş millisi vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 3 gümüş və 4 bürünc medalla komanda hesabında 2-ci olan komandanı Heydər Əliyev beynəlxalq aeroportunda gənclər və idman nazirliyinin və Azərbaycan güləş federasiyasının rəsmiləri, idmançıların ailə üzvləri, məşqçilər və güləşçilər qarşılayıb. Seçmənin böyük məşqçisi Taleh İsrafilov bunu deyib:
“130 xalla komanda hesabında dünya 2-si olduq. İrandan cəmi 5 xal geri qaldıq. Təəssüf ki, 60 kq-da ölkəmizi təmsil edən güləşçi tapşırıqları layiqincə icra edə bilmədi. Ancaq bu nəticə də yaxşıdır. Çünki heç vaxt U-17 dünya çempionatında bu qədər çox xal qazanmamışdıq. Gələcəkdə nöqsanlarımızı aradan qaldırarıq. İnşallah, komanda hesabında dünya çempionu olarıq”.