- Baxış sayı: 23
- 19 Mart 2026 17:28
- Baxış sayı: 249
- Mart 18, 2026
- 0

Stiven Cerrard çempionlar liqasının 1/8 final mərhələsində “Enfild”də “Liverpul”a 0:4 hesabı ilə uduzaraq turnirlə vidalaşan “Qalatasaray”ı kəskin tənqid edib.
Allsport.az xəbər verir ki, Mersisayd klubunun sabiq kapitanı “TNT Sports” telekanalında İstanbul təmsilçisinin oyun üslubunu “rüsvayçılıq” adlandırıb.
Cerrard “sarı-qırmızılılar”ın futbol oynamaq əvəzinə vaxt uzatdığını və simulyasiya etdiyini bildirib: “İnsanlar dinamik oyun izləməyə gəlmişdilər, lakin rəqib oyunçular bütün matçı yerdə yuvarlanmaqla keçirdilər. İlk dəqiqədən sonadək rüsvayçı çıxış etdilər. Zəif və acınacaqlı performans nümayiş etdirməklə yanaşı, həm də daim özlərini yerə atırdılar”.
Əfsanəvi futbolçu Osimhen və Noa Lanqın ciddi zədələrini istisna edərək, digər oyunçuların davranışlarını tənqid atəşinə tutub: “Bu gün həqiqətən hörmətə layiq bir neçə ciddi bilək zədəsi oldu. Peşəkar kimi bunu görmək istəməzsən. Amma digər tərəfdən, toxunuş belə olmadan yerdə qalanları gördük. Bunun cəzası ağır olur. Onlar bütün oyun ərzində cəmi 11 dəqiqə futbol oynadılar. Hesab 11:0 və ya 12:0 da ola bilərdi”.