- Baxış sayı: 345
- 26 Dekabr 2025 15:36
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

Hesablama palatasının növbəti kollegiya iclası keçirilib. Allsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasın 1-ci hissəsində 2025-ci ilin iş planına uyğun olaraq həyata keçirilmiş tabeliyindəki olimpiya idman kompleksləri vasitəsilə gənclər və idman nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditinin nəticələri auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilib.
Müzakirələrdə gənclər və idman nazirliyinin şöbə müdirləri və digər məsul şəxs iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Hesablama palatasının təklif və tövsiyələri nəzərə alınacaq.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
İclasın 2-ci hissəsində 2026-cı ilin iş planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.