“Heyətimiz gənclərdən qurulmuşdu”

Albaniyanın paytaxtı Tiranada keçirilmiş U23 Avropa çempionatında iştirak edən yunan-Roma güləşi üzrə milli Vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Tarakanov turnir haqda danışıb:

“Heyətimiz gənclərdən qurulmuşdu. Onlar qələbə qazanmağa istəkliydilər. Onların bir çoxu xarakter göstərdi. Bəzilərində alınmadı. Buna da zaman lazımdır. Bəzi güləşçilərimiz var ki, bu yaş qrupunda çıxış edə bilərdi, onlar böyüklərin Avropa çempionatına hazırlaşır. Bu yarışda buraxılan səhvlərin üzərində işlənəcək ki, növbəti yarışlarda daha yüksək nəticələr qazanılsın. Federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm ki, yüksək səviyyədə hazırlaşmağımız üçün istənilən şərait yaradılıb”.

Həmin kateqoriyadan

azenrutr