“Heyətimizdə nəticəyə ac futbolçular cəmləşib”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Səbail”ə qarşı oyundan sonra mətbuat konfransında iştirak edib. 

Allsport.az xəbər verir ki, o, qələbə qazandıqları səfər oyunu (2:0) haqda bunu deyib:

“Süni meydanda oynayacağımıza görə oyunun ağır keçəcəyini bilirdik və komandanı da həftə ərzində buna hazırlamışdıq. Oyuna istədiyimiz kimi başlamasaq da, tədricən ritmə uyğunlaşdıq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Oyun planında artırmaq üçün potensialımız var. Qarşıdakı oyunlarda daha məzmunlu oynayacağıq.

Çempionatın sonunu yox, hər həftə keçirəcəyimiz matçı düşünürük.

Futbolda cavan-yaşlı anlayışı keçmişdə qaldı. İşə yanaşma, istək önəmlidir. Bu gün məşq prosesində gənc və yaşlı dediyimiz futbolçular eyni yükləməni alır. Siz onları həftədə bir dəfə – oyun zamanı görürsüz, biz həftə ərzində birgə calışır, istədiklərimizi alırıq. Heyətimizdə nəticəyə ac futbolçular cəmləşib. Oyunlara düzgün hazırlaşır və yanaşırlar. Ona görə də nəticələrimiz ürəkaçandır. Qazandığımız nəticələr, uğurlu qrafik onların əməyinin nəticəsidir”.

Həmin kateqoriyadan