- Baxış sayı: 41
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Mayın 9-da ümummilli lider Heydər Əliyevin 100-illik yubileyinə həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 7-si kişi, 5-i qadın olmaqla, 12 komanda iştirak edəcək.
Kişilərin turnirində “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM, U-16 qələbə uğrunda mübarizə aparacaq.
Qadın həndbolçuların yarışında isə “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16 kollektivləri çıxış edəcəklər.
Mayın 10-da saat 15:00-da “AHF arena”da təntənəli açılış mərasimi keçiriləcək. Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də baş tutacaq.